Eldən-elə
Eldən-elə — Əzizə Cəfərzadənin Zeynalabdin Şirvanidən bəhs edən tarixi romanı.
== Haqqında ==
Yazıçının "Xoş gördük, səyyah" adlı povestinin yenidən işlənmiş və genişləndirilmiş variantı kimi təqdim etdiyi "Eldən-elə" romanı Azərbaycan alimi və səyyahı Zeynalabdin Şirvaninin həyatından bəhs edir.
"Eldən-elə" romanını Əzizə Cəfərzadə atası Məhəmməd Cəfər oğluna və coğrafiyaşünas alim Nurəddin Kərimovun xatirəsinə həsr etmişdir. Əsər 1992-ci ildə qələmə alınmışdır.
== Məzmun ==
Həyatının otuz yeddi ilini səyahətlərdə keçirmiş olan bu görkəmli səyyah-mütəfəkkirin ömür yolunu vərəq-vərəq izləmiş, bir çox məqamlara aydınlıq gətirmişdir. Roman Zeynalabdin Şirvaninin uşaqlıq illəri ilə başlayır, beləcə səyyahın ömrünün sonunadək təsvir olunur. Burada alimin İran, Türkiyə, Hindistan, Pakistan, Orta Asiya, ərəb ölkələrinə səyahəti haqqında geniş təfsilatlı məlumat vermişdir. Ölkələr haqqında verilmiş zəngin məlumatlar əsərin oxunaqlılığını və inandırıcılığını təmin edir.
Əsərdə Zeynalabdin Şirvaninin atası İsgəndər, anası Şirinbəyim,qardaşı Məhəmmədəli obrazları da yaradılmışdır. Atası çox ciddi, zəhmli, dininə çox bağlı biri kimi təsvir olunur.